İdeyadan işlək sistemədək bütün mərhələlər bir arada

Yerli mühəndislərdən ibarət komandamızla dayanıqlı, müasir texnoloji arxitekturaya malik proqram təminatı layihələrinizi hazırlayıb, istifadəyə verməklə yanaşı texniki dəstəyini icra edərək biznesinizin rəqəmsallaşmasını yeni səviyyəyə qaldıracayıq.

Bu xidmətlərlə yanınızdayıq:

  • Bazar araşdırmaları xidməti

    Biznesin düzgün qərarlar qəbul etməsi, riskləri minimuma endirməsi və bazardakı vəziyyəti analiz etməsi üçün zəruri olan fəaliyyətlərin icrası

  • Layihələrin idarə edilməsi xidməti

    İstənilən mərhələdə olan layihələrin beynəlxalq sertifikasiyalı həmkarlarımız tərəfindən idarə edilməsi, sənədləşdirmələrin, hesabatlılığın təqdimi və rəsmi təhvil vermənin sənədləşdirilməsi

  • Dizayn xidməti

    Bir məhsulun, brendin və ya rəqəmsal platformanın vizual görünüşünün, strukturunun və istifadəçi təcrübəsinin sıfırdan hazırlanması, UI/UX dizaynların tələblərinin qəbulu, təkliflərin verilməsi, hazırlanması

  • Biznes analiz xidməti

    Hazırlanacaq məhsulda mövcud vəziyyətini, daxili proseslərini, problemlərini və ehtiyaclarını toplamaq, təhlil edərək biznes fəaliyyətinin optimallaşdırılması və strateji hədəflərə çatması üçün effektiv həll yollarının müəyyən edilməsi

  • Kodlaşma xidməti

    Veb həllər, Mobil həllər (iOS/Android) kimi fərqli rəqəmsal platformaların, proqram təminatlarının və sistemlərin yaradılması, inkişaf etdirilməsi və optimallaşdırılması, müxtəlif API inteqrasiyaların kodlaşdırılması

  • Proqram testi xidməti

    Hazırlanmış proqram təminatının rəqəmsal bazara və ya istifadəçiyə təqdim edilməzdən əvvəl təhlükəsizliyinin, sürətinin və biznes tələblərinə uyğunluğunun yoxlanılması

  • Proqram layihələrinizin tətbiqi xidməti

    Hazır məhsulun tətbiqində son istifadəçilərə təlimlərin keçirilməsi, rəylərin yığılması və geri dönüşlər barədə hesabatlılığın təqdim edilməsi, tətbiq və təhvilin yekunlaşmasının rəsmi sənədləşdirilməsi

A-dan Z-yədək tam layihə tsiklini əhatə edirikBazar araşdırmasından başlayaraq, bütün addımları əhatə etməklə tətbiq və təhvil verilməsinədək bütün addımları əhatə edə bilən peşəkar komandamızla xidmətinizdəyik.
İstək və tələbinizə uyğun mərhələlərdə qoşula bilirikLayihənizi başlamısınız və davam etdirilməsinə vaxtınız yoxdur? Və ya aidiyyəti peşəkarları tapmaqda çətinlik çəkirsiniz? Sizə lazım olan mərhələdən prosesə qoşulur və işi tamamlayıb, sizə təhvil veririk.
HədəfimizƏməkdaşlıqda dürüst olmaqla, güvənə söykənən peşəkar işlərin vaxtında, keyfiyyətlə təhvil verilməsi ilə müştəri məmnuniyyətini əldə etmək əsas hədəfimizdir.

Haqqımızda

2025-ci ildə yaradılmış Docsoft MMC (VÖEN: 1407217361) Azərbaycanın İT və proqram təminatı sahəsində keyfiyyətli məhsul və xidmətlər təqdim etməyi hədəfləyən iddialı komandanı birləşdirən şirkətdir.

Məqsədimiz beynəlxalq tələbləri qarşılayan, müştəri təcrübəsini yaxşılaşdıran, dataya əsaslanan qərarlar qəbul etməyə imkan verən və rəqabətə davamlı dayanıqlı proqram təminatı layihələrini icra etmək və ölkəmizi bu istiqamətdə layiqlə təmsil etməkdir.

Niyə Docsoft

Docsoft əməliyyatları sadələşdirmək, müştərilərlə əlaqələri gücləndirmək və biznesin səmərəliliyini artırmaq məqsədi ilə miqyaslana bilən platformalar təqdim edir. Müxtəlif sahələrdə fəaliyyətdə olan müəssisələrin rəqəmsal mühitdə daha sürətli uyğunlaşmağa, transformasiya edərək davamlı böyüməyə kömək edirik.

Layihələri çevik yanaşma ilə icra etməklə, qısa addımları əhatə edən mərhələlərlə çalışır və hər mərhələdə sizi məlumatlı saxlayırıq. Beləliklə, məhsulunuzun böyüməyinin canlı şahidi olursunuz.

Əlaqə

Sizə yardımçı olmağımız üçün bizimlə əlaqə saxlayın və ya istəyinizi yazın, biz sizə geri dönüş edək.

Bizə yazın

info@docsoft.az

Zəng edin

+994 99 866 41 01

Gəlin görüşək

K.Səfərəliyeva küçəsi, 16e, Bakı, Azərbaycan

Bizi izləyin